Hermes | |
---|---|
q.yun. Ἑρμῆς | |
| |
Mifologiya | Qədim Yunanıstan dini, qədim yunan mifologiyası |
Təsir sahəsi | oğru[d], ticarət, səyyah[d] |
Yunanca adı | Ἑρμῆς |
Cinsi | kişi[d] |
Atası | Zevs |
Anası | Maya |
Uşaqları | Pan, Hermafroditus, Tixe, Abderus, Autolikus |
Digər mədəniyyətlərdə | Merkuri, Tot |
Vikianbarda əlaqəli mediafayllar |
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας[1], miken dilində e-ma-a2[2]) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır[3]. Adının ən qədim versiyası Mikena mənşəlidir[4]. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər[5], lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər[6][7].
Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur.
Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar[8].
Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir. Qədim Romada Merkuri adı altında məlum idi.